• Kuru fasulye resepti

Reseptin məlumatları Baxış sayı: 17 418

Tarix : 15-11-2017, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 st. ağ lobya
1 pomidor
1 x.q. tomat pastası
1 ç.q. bibər pastası (acısız)
2 baş soğan
cirə (zovgə görə)
duz
pul bibər (zövgə görə)

Hazırlanması:
Lobyaları axşamdan suda isladırıq. Səhər suyunu süzüb, qazana əlavə edirik. Üstünə su töküb 30 dəq. bişiririk. Lobya diri qalmalıdır, dağılmamalıdır.
Soğanı xırda kəsib kərə yağında qızardırıq. Tomat və bibər pastasını əlavə edirik. Qabığı soyulmuş xırda kəsilmiş pomidor əlavə edirik.
Üstünə qaynanmış su əlavə edirik, suyun çox az olmasını siz özünüz təyin edin. Amma yeməyin özü sulu kimi olmalıdır. Lobyaları əlavə edirik. Duz, pul bibər, cirə səpirik.
Qazanın altını az xodda qoyuruq və 15 dəq. bir yerdə bişiririk. Yenədə deyirəm. lobya diri qalmalıdır. Bulyon biraz qatılaşmalıdır.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: edirik, əlavə, bibər, Üstünə, bişiririk, lobya, qalmalıdır, Lobyaları, xırda, pomidor, pastası, təyin, olmalıdır, səpirik, yeməyin, özünüz, kəsilmiş, qaynanmış, suyun, olmasını
BİZİ İZLƏYİN