• İspan Paellası resepti

Reseptin məlumatları Baxış sayı: 3 585

Tarix : 8-02-2018, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
300 qr. yumru düyü
1 baş soğan
70 qr. tomat pastası
100 qr. yaşıl noxud
100 qr. yaşıl lobya
1/2 limon
2 ədəd yaşıl bibər
500 qr. midiya
200 qr. krevetka
100 qr. balaca ohtapot
100 qr. kalmar xalqaları
zeytun yağı
1/2 ç.q. zəfəran
1 ç.q. duz

Hazırlanması:
Dəniz məhsullarını siz toyuq və ya ətlə əvəz edə bilərsiz
Baş soğanı xırda kəsib qızğın tavada qızardırıq. Yuyulmuş düyünü əlavə edirik və bir neçə dəqiqə bir yerdə qızardırıq.
Zəfəranın üstünə qaynar su töküb 15 dəq. dəmləyirik.
Düyünün üstünə qaynar su əlavə edirik, su düyünün üstündən bir barmaq çox olmalıdır. Dəmlənmiş zəfəranıda əlavə edirik.
Qazı orta edin və duz səpin.
Düyünü bundan sonra qarışdırmırıq, yoxsa Paella yox duyu kaşası olacaq
Tomat pastası əlavə edirik.
10 dəq. sonra xırda doğranmış bibəri, yaşıl noxudu və yaşıl lobyanı əlavə edin.
Ayrı tavada bütün dəniz məhsullarını 2-3 dəq. qızardırıq.
Düyünün suyu çəkiləndə və düyü hazır olanda dəniz məhsullarını düyünün üstünə düzün. Altını keçirin tavanın.
Qapağı bağlayın və servis qabağı biraz gözləyin.
Servis edərkən üstünə limon suyu əlavə edin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, yaşıl, edirik, üstünə, məhsullarını, qızardırıq, dəniz, tavada, xırda, qaynar, sonra, pastası, düyünün, limon, Düyünün, doğranmış, bundan, bibəri, Düyünü, Paella
BİZİ İZLƏYİN