• Şalot soğanlı dovşan resepti

Reseptin məlumatları Baxış sayı: 5 317

Tarix : 22-10-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
400 qr. şalot soğanı (olmasa adi soğan işlədin, xırda soğan olmalıdır)
1 kilo ev dovşanı
3 ədəd pomidor
2 saplaq rozmarin
1 ç.q. tmin
1 dəftə yarpağı
3 stakan su
yumru qara istiot

Hazırlanması:
Bu yeməyin içinə 1/2 stakan ağ çaxır əlavə olunur, mən etmədim.
Dovşanı hissələrə bölürük və hər tərəfli tavada qızardırıq.
Soğanı dərin bir qazanda bütov şəkildə biraz qızardırıq. Yanına qızarmış dovşan ətini əlavə edirik. Pomidorun qabığını soyuruq və xırda xırda kəsirik, əlavə edirik qazanın içinə.
Bütün ədviyyatları, suyu əlavə edirik. Qapağı bağlayıb 3 saat az xodda bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, xırda, qızardırıq, içinə, stakan, soğan, Yanına, qızarmış, xodda, dovşan, biraz, şəkildə, bişiririk, dərin, qazanda, bütov, ətini, kəsirik, qazanın
BİZİ İZLƏYİN