Tərkibi:300 qr. təzə ispanaq
2 baş soğan
4 x.q. zeytun yağı
3 yumurta
Sous üçün:
2 diş sarımsaq
4 x.q. qatıq
Hazırlanması:Baş soğanı yarıdan bölüb uzun-uzun kəsirik. Tavaya zeytun yağı əlavə edirik. Soğanı əlavə edib yaxşı qızardırıq. Soğan qızarandan sonra ispanağı əlavə edirik. İspanaq biraz yumuşalıb bişməlidir. Ayrı qabda yumurtaları qırıb, çalırıq. ispanağın üstünə yumurta əlavə edib qarışdırırıq. Altını söndürüb, duz əlavə edirik. Sarımsaqlı sousla yeyilir.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, yumurta, zeytun, qırıb, çalırıq, yumurtaları, bişməlidir, biraz, yumuşalıb, qabda, üstünə, Sarımsaqlı, sousla, yeyilir, söndürüb, Altını, İspanaq, qarışdırırıq, ispanağın