• Tantuni resepti

Reseptin məlumatları Baxış sayı: 5 630

Tarix : 27-10-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
250 qr. sumuksuz mal və ya quzu əti
3-4 ədəd lavaş
1 baş soğan
1 pomidor
50 qr. kərə yağı
cəfəri
duz
istiot
1 ç.q. paprika (şirin bibər ədviyyatı)

Hazırlanması:
Əti alındığı gədər xırda-xırda kəsirik. Böyük yasdı tavaya əlavə edib suyunu buraxmasını gözdəyirik. Rəngi dəyişəndə kərə yağı əlavə edirik. Arada biraz su əlavə edin ki, buxarlansın. Ət tam bişəndə ədviyyatları əlavə edin. Lavaşdarı bir bir ətin üstünə qayaraq biraz saxlayın ki, suyunu özünə çəksinlər. Sonra hər lavaşın üstünə ət, kəsilmiş pomidor, kəsilmiş soğan və cəfəri qoyun. Bükün. Acı bibərlə və limon suyu ilə yeyilir

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, xırda, biraz, üstünə, kəsilmiş, cəfəri, soğan, pomidor, suyunu, qayaraq, Lavaşdarı, buxarlansın, bişəndə, ədviyyatları, saxlayın, Sonra, bibərlə, limon, yeyilir, Bükün
BİZİ İZLƏYİN