• Şkmeruli resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 230

Tarix : 15-09-2014, 10:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuq (1-1,2 kq)
120 ml süd
100 ml su
1 baş sarımsaq (50 q)
duz
bitki yağı

Hazırlanması:
Toyuğu duzlayın, bitki yağıyla yağlayıb qızardın. Sobada, yaxud da tavada qızarda bilərsiniz.

Bu müddətdə sarımsağı təmizləyib əzin.

Hazır toyuğun yağını piyaləyə tökün.

Sous üçün:
su və südü qarışdırın, qaynamağa qoyun. Qaynara düşəndə toyuğun süzdüyünüz yağından bir qədər əlavə edin, azca duz (toyuq artıq duzludur, ona görə çox olmaz), sarımsağı əlavə edin. Qarışdırın. Qızarmış toyuğu əlavə edin. Qaynara düşəndə ocaqdan götürün. Süfrəyə isti-isti verin.

Toyuq sousu dərhal hopdurur və çox zərif olur. Süd isə sarımsağın qoxusunu yumşaldır.

Şkmeridə (bu reseptin vətənində) bu təamı gil tavada - ketsidə süfrəyə verirlər. Ketsi közün üstündə saxlanıldığından uzun müddət isti qalır və içindəki xörək də buna görə gec soyuyur.
Şkmeruli resepti - FOTO RESEPT

Şkmeruli resepti - FOTO RESEPT

Şkmeruli resepti - FOTO RESEPT

Şkmeruli resepti - FOTO RESEPT

Şkmeruli resepti - FOTO RESEPT

Şkmeruli resepti - FOTO RESEPT

Şkmeruli resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, Qaynara, sarımsağı, tavada, toyuğun, toyuq, düşəndə, bitki, sarımsağın, yumşaldır, Şkmeridə, qoxusunu, hopdurur, verin, Süfrəyə, götürün, Toyuq, sousu, reseptin, dərhal
BİZİ İZLƏYİN