• Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 25 595

Tarix : 16-09-2014, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq ət (qoyun, yaxud mal)
1 kq düyü (devzirə sortu)
600 q yerkökü
500 q soğan
1 x.q. zirə
1 x.q. zirinc
1/2 x.q. sarıkök
1 baş sarımsaq
qırmızı üyüdülmüş istiot
qara istiot
duz
bitki yağı
Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT


Hazırlanması:
Soğanı və yerkökünü (bir qədər iri) saman kimi doğrayın. Əti tikələyin.
Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT

Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT

Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT


Təxminən 150 ml bitki yağında soğanı qızılı rəng alınca qovurun. Əti əlavə edib qovurun. Yerkökü əlavə edin, 5-7 dəqiqə bişirin (qazanın qapağını örtməyin). Zirə, zirinc, yerkökü, duz, istiot əlavə edib qarışdırın. Ətin üstünə çıxınca su tökün. Qazanın qapağını örtün, orta itilikdə odda 35-40 dəqiqə bişirin.
Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT

Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT

Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT

Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT


Düyünü 5-6 dəfə soyuq suda yuyun. Suyunu süzün. Ətin üstünə tökün (amma qarışdırmayın!), hamarlayın. Qaynar, yaxud isti suyu ehtiyatla, düyünün üstünə 2 sm çıxmaqla əlavə edin. Azca duz səpin.
Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT

Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT

Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT


Düyü suyu çəkənədək bişirin.
Ətli zirincli çəkmə-plov resepti - FOTO RESEPT


Sonra qazanın ortasına, düyünün üstünə sarımsağı qoyun, azca dərinə basdırın. Uzun taxta çubuqla deşiklər açın (yenə də ətlə düyünü bir-birinə qarışdırmamaq şərtilə) ki, buxar çıxsın. Sonra qazanın qapağını örtüb 20-25 dəqiqə, hazır olanadək vam odda bişirin.

Süfrəyə verərkən ətlə düyünü qarışdıra bilərsiniz.

Nuş olsun!
Etiketlər: üstünə, əlavə, bişirin, dəqiqə, qazanın, qapağını, istiot, bitki, qovurun, Sonra, düyünün, düyünü, tökün, zirinc, yerkökü, qoyun, yaxud, sarımsağı, basdırın, taxta
BİZİ İZLƏYİN