• Mac&Cheese resepti

Reseptin məlumatları Baxış sayı: 3 608

Tarix : 16-02-2018, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
• kərə yağı – 55 qr
• Un – 45 qr
• Süd – 720 ml
• Su – 480 ml
• Duz – 1 ç.q
• Makaron – 250 qr
• rəndələnmiş Holland pendiri – 3 stəkan (600 qr)
• Çörək dilimləri – ¼ stəkan
• Cəfəri (zövqə görə)

Hazırlanması:
Soba qızana kimi ilk öncə qazanda sousu hazırlayın. Yağı əridin, unu əlavə edin. Qarışıma yavaşyavaş südü əlavə edin, yaxşı qarışdırın ki, düyümlər qalmasın. Südü tam əlavə edəndən sonra suyu, duz və istiotu da qatın. 3-5 dəqiqə ərzində qaynadın (Qatılaşmağa başlayana kimi). Makaronu əlavə edib bir-neçə dəqiqə qarışdıra-qarışdıra bişirin (2-3) və qazanın ağzını folqa ilə büküb sobaya yerləşdirin. 180 dərəcədə 12 dəqiqə bişirin. Sobadan çıxaranda sous biraz duru görünəcək, lakin pendiri əlavə edən kimi qatılaşıb, möhtəşəm görünüş alacaq. Qarışımın üzərinə 1 qaşıq da pendir, cəfəri və çörəyi əlavə edib sobada üzəri qızarana kimi bişirin. Sobadan çıxarıb 5 dəqiqə saxladıqdan sonra artıq dadmaq olar.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, bişirin, sonra, Sobadan, stəkan, pendiri, qarışdıra, qatılaşıb, biraz, görünəcək, lakin, dərəcədə, büküb, folqa, sobaya, yerləşdirin, möhtəşəm, çıxaranda, alacaq
BİZİ İZLƏYİN