• Ədviyyəli sousla quzu antrekotu qəhvəyi mərci və düyü miksi qarniri ilə resepti

Reseptin məlumatları Baxış sayı: 2 954

Tarix : 9-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
quzu əti,
qəhvəi mərci,
yumru düyü,
baş soğan,
qara gavalı,
gavalı sousu,
ədviyyatlar qarışığı.

Hazırlanması:
1. Mərci və yumru düyünü qablaşdırmadan çıxardın. Onları qarışdırın və axar su altında yuyun. Yuyulmuş qarışığı qazana tökün, duz, 1 x.q. yağ və 1 stəkan su əlavə edin (1 pors hesabı ilə). Qazanı orta oda qoyun və mütəmadi qarışdırın.

2. Qablaşdırmadan quzu ətini çıxardın, yuyun və quruladın. Doğranma taxtasına qoyun və ədviyyatlar qarışığında marinə edin və duzlayın.

3. Yüksək odda qızdırılmış tavaya yağ əlavə edin və quzu ətini qoyun. Odu dərhal orta səviyyəyə qədər azaldın. Ət qızarana kimi 2-3 dəqiqə ərzində hər tərəfdən qızardın.

4. Soğanı təmizləyin və xırda doğrayın. Əti tavadan çıxardın və kağız salfeti sərilmiş başqaba qiyun. Soğana həmin tavada, həmin yağda qızardın. Qazanda suyun olmasını yoxlayın, ehtiyyac olduqda su əlavə edin.

5. Qara gavalını xırda doğrayın. Qızardılmış soğanın yanına gavalı sousunu əlavə edin və qarışdıraraq stəkanın ¼ hissəsi qədər su və doğranmış gavalıları əlavə edin. Odu minimuma azaldın və 2-3 dəqiqə ərzində sousu bişirin.

6. Qarnir və əti boşqaba qoyun və sousla birlikdə süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: Ədviyyəli, əlavə, qoyun, çıxardın, gavalı, qədər, ətini, azaldın, ərzində, həmin, doğrayın, xırda, qızardın, yuyun, dəqiqə, ədviyyatlar, sousu, qarışığı, yumru, qarışdırın, olmasını
BİZİ İZLƏYİN