• Dana ətindən taqliata rukkola və çerri pomidorları ilə resepti

Reseptin məlumatları Baxış sayı: 3 066

Tarix : 21-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
can əti,
rukkola,
limon suyu,
parmezan pendiri,
çerri pomidorları,
pepper sous

Hazırlanması:
1.Rukkolanı yuyun, quruladın, zeytun yağı və limon suyunu əlavə edin, öz zövqünüzə görə duz və istiotlayın və soyuducuya qoyun.

2.Can ətinə duz və istiot vurun. Tavanı orta odda qızdırın, yağ əlavə edin və əti iki tərəfdən 3 dəqiqə ərzində qızardın. Hazır əti artıq suyun çıxması üçün 2 dəqiqə ərzində soyudun.

3.Həmin tavada yuyulmuş pomidorları 2 dəqiqə ərzində hər tərəfli qızardın.

4.Əti doğrama taxtasına yerləşdirin və nazik dilimləyin (0.7-1 sm).

5.Rukkolanı boşqaba qoyun və üzərinə doğranmış əti yerləşdirin. Ətin üzərindən doğranmış parmezan pendirini düzün və yanına qızardılmış pomidorları qoyun.

6.Pepper sousunu qızdırın və təamın üzərinə tökün. Təam hazırdır.

Nuş olsun!
Etiketlər: qoyun, pomidorları, ərzində, dəqiqə, əlavə, qızdırın, üzərinə, doğranmış, qızardın, yerləşdirin, parmezan, Rukkolanı, limon, yuyulmuş, tərəfli, nazik, taxtasına, doğrama, dilimləyin, üzərindən
BİZİ İZLƏYİN