• Frikase toyuqu lobya ilə resepti

Reseptin məlumatları Baxış sayı: 2 670

Tarix : 23-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuq budu,
sarımsaq,
cəfəri,
konservləşdirilmiş lobya,
dəfnə yarpağı,
ədviyyat qarışığı

Hazırlanması:
1.Toyuq budlarını öz zövqünüzə görə duzlayın və istiotlayın.

2.Orta odda qızdırılmış dərin tavaya yağ əlavə edin, toyuq budlarını hər iki tərəfdən qızılı rəng alanadək 3-5 dəqiqə ərzində qızardın.

3.Tavaya toyuqun üzərinə qədər su əlavə edin. Təmizlənmiş sarımsaq, dəfnə yarpağı və ədviyyatlar qarışığını əlavə edərək 5-10 dəqiqə ərzində qaynadın.

4.Qaynayan tavaya lobyanı əlavə edin və suyun iki dəfə azalmasınadək qaynadılmasını dəvəm edin. Duz və istiotu zövqünüzə görə əlavə edin.

5.Təamı boşqaba qoyun və cəfəri ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, tavaya, zövqünüzə, toyuq, ərzində, budlarını, dəqiqə, yarpağı, sarımsaq, cəfəri, dəfnə, Qaynayan, lobyanı, edərək, ədviyyatlar, qarışığını, suyun, qaynadın, qaynadılmasını, boşqaba
BİZİ İZLƏYİN