• Tərəvəzli salmon steyk resepti

Reseptin məlumatları Baxış sayı: 3 851

Tarix : 28-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
qızılbalıq filesi,
göy soğan,
kartof,
limon,
dondurulmuş tərəvəzlər,
ədviyyat qarışığı

Hazırlanması:
1. Balığı qablaşdırmadan çıxardın. Kağız dəsmal ilə qurudun. Hər iki tərəfdən duzlayın və istiotlayın. Yarım limonun suyu ilə isladın. Dərin bir qaba bitki yağı tökün(məsləhətdir ki zeytun yağı olsun) və balıq tikələrini hər iki tərəfdən yağa batırın. Marinə edilməsi üçün 5 dəqiqəlik kənara qoyun.

2. Kartofu təmizləyin, yuyun, doğrayın, qazana qoyun, duzlayın və üzərinə qaynar su əlavə edin. Zəif odda yumuşalana kimi bişirin (təxminən 15 dəqiqə).

3. Orta odda qızdırılmış tavaya bitki yağı əlavə edin və balığı yerləşdirin. Steyki hər tərəfdən 3-4 dəqiqə ərzində qızardın. Məsləhət: balığı bir tərəfdən o biri tərəfə ən azı 3 dəqiqə ərzində çevirməyin ki, dağılmasının qarşısını alasınız. Balığın qızardılması səviyyəsi bu cür yoxlanılır: hazır balığı deşin, zülal üzə çıxarsa demək balıq hazırdır.

4. Balığı tavadan çıxardın və üzərinə kağız dəsmal sərilmiş qaba qoyun ki, dəsmal yağ artıqlarını özünə çəksin. Həmin tavaya donu açılmış tərəvəzləri qoyun və 2-3 dəqiqə ərzində qızılı rəng alanadək qızardın.

5. Kartofun suyunu süzün, kartofu yaxşıca əzin, zövqünüzə görə bir qədər qaynar su və qaymaq əlavə edin ki püre krem halını alsın. Duzlayın, istiotlayın.

6. Kartof püresini qaba yerləşdirin, üzərinə salmon steyki qoyun. Təamı tərəvəz və limon dilimləri ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qoyun, tərəfdən, dəqiqə, ərzində, üzərinə, balığı, əlavə, dəsmal, istiotlayın, duzlayın, bitki, qaynar, qızardın, tavaya, balıq, yerləşdirin, limon, çıxardın, Balığı, artıqlarını
BİZİ İZLƏYİN