• Toyuq şnitseli tərəvəzlərlə resepti

Reseptin məlumatları Baxış sayı: 4 033

Tarix : 13-04-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuq filesi,
un,
toyuq yumurtası,
üyüdülmüş suxari,
dondurulmuş tərəvəzlər,
ədviyyatlar qarışığı

Hazırlanması:
1. Fileni hər iki tərəfdən döyün. Duz və istiotda marinə edin və hər iki tərəfdən una batırın. Yumurtaları qaba sındırın və çəngəl ilə (və ya vençiklə) çalın.

2. Üyüdülmüş suxariləri düz yastı qaba tökün. Döyülmüş fileni undan çıxardın və çalınmış yumurtaya hər iki tərəfdən batırın. Bundan sonra hər tərəfdən üyüdülmüş suxridə hər tərəfdən yaxşıca batırın və 5 dəqiqəlik qırağa qoyun.

3. Orta odda qızdırılmış tavaya yağ əlavə edin, dondurulmuş tərəvəzləri ora boşaldın və tam hazırlanmasına kimi qızardın (3-4 dəqiqə). Tərəvəzləri boşqaba qoyun.

4. Orta odda qızdırılmış tavaya yağ əlavə edin, ehtiyyatla şnitseli (üyüdülmüş suxariyə batırılmış fileni) qoyun və hər iki tərəfdən 3-4 dəqiqə ərzində qızardın. Hər tərəfi ancaq bir dəfə qızardın.

5. Şnitseli boşqaba qoyun və tərəvəzlərlərlə süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: tərəfdən, qoyun, qızardın, batırın, üyüdülmüş, dəqiqə, boşqaba, tavaya, əlavə, fileni, qızdırılmış, dondurulmuş, toyuq, hazırlanmasına, yaxşıca, dəqiqəlik, qırağa, tərəvəzləri, boşaldın, ehtiyyatla
BİZİ İZLƏYİN