• Can ətindən pendirli rulet qızardılmış kartofla resepti

Reseptin məlumatları Baxış sayı: 6 594

Tarix : 31-05-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
can əti,
qauda pendiri,
üyüdülmüş suxari,
yumurta,
un,
kartof,
şüyüd,
şirin çili sousu

Hazırlanması:
1.Əti qablaşdırmadan çıxardın və salfetlə qurudun. Döyülmüş ətə duz və istiot əlavə edin və doğrama taxtasına yerləşdirin. Ətin qırağına nəzik doğranmış qauda pendiri qoyun, rulet şəkilində bükün və 3 hissəyə bölərək kəsin.

2.Yumurtanı qırın və çəngəl ilə çalın. 2 boşqab hazırlayın. Birinə un, digərinə isə üyüdülmüş suxarinı tökün.

3.Ruletləri bir-bir əvvəlcə una, sonra yumurtaya və daha sonra suxariyə batırın. Prosesi iki dəfə təkrarlayın. Ruletləri 5 dəqiqəlik soyuducuya yerləşdirin.

4.Kartofu yuyun, halqavari doğrayın və orta odda qızdırılmış tavada yağ ilə qızardın.

5.Sonra dərin tavada yağ əlavə edərək orta-zəif odda ruletləri 7-10 dəqiqə ərzində mütəmadi çevirərək qızardın,

6.Boşqaba qızardılmış kartofu qoyun, şüyüdlə bəzəyin. Yanında pendirli ət ruletlərini düzün və üzərinə svit çili sousunu əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, tavada, yerləşdirin, qızardın, qauda, pendiri, qoyun, üyüdülmüş, Ruletləri, doğrayın, qızdırılmış, halqavari, soyuducuya, batırın, suxariyə, yumurtaya, Prosesi, təkrarlayın, Kartofu
BİZİ İZLƏYİN