• Badam ovuntusunda toyuq filesi qırmızı kələm salatı ilə resepti

Reseptin məlumatları Baxış sayı: 4 726

Tarix : 19-04-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuğun döş əti,
badam ovuntusu,
sarımsaq,
qırmızı kələm,
soğan,
portağal,
alma,
ədviyyatlar qarışığı

Hazırlanması:
1. Sarımsağı təmizlətin və bıçağın yastı tərəfi ilə əzin. Badam ovuntusunu yastı boşqaba tökün, bitki yağı əlavə edin (məsləhətdir ki zeytun yağı olsun), duz, istiot və sarlmsaq əlavə edin. Yaxşıca qarışdırın.

2. Toyuq filesini paketdən çıxardın, yuyun, qurudun (və ya kağız dəsmal ilə silin). Hər bir fileni hər tərəfdən badam ovuntusunda batırın (yağ qatıldığına görə ovuntu çox tökülməyəcək).

3. Badam ovuntusuna batırılmış toyuq filesini quru doğrama taxtasına yerləşdirin və bir qədər quruması üçün buraxın.

4. Kələmi, soğanı, portağalı və almanı paketdən çıxardın. Hamısını yuyun. Kələmi doğrayın, zövqünüzə görə duzlayın və bir qədər əlinizlə əzin. Almanın qabığını təmizləyin və doğrayın. Soğanı salata zövqünüzə görə xırda yarımxalqa şəkilində doğrayaraq qatın. Kələmi bir qədər sıxın. Bütün inqrediyentləri qabda qarışdırın və salatı portağalın şirəsini üzrətinə sıxın (2 porsa ½ portağal hesab ilə). Salat hazırdır.

5. Orta odda qızdırılmış tavaya bitki yağı əlavə edin. Ehtiyyatla fileni tavaya yerləşdirin. 2-3 dəqiqədən sonra fileni çevirin və yenə 2-3 dəqiqə ərzində qızardın. Badam ovuntusunda toyuq filesi hazırdır.

6. Fileni və salatı başqaba yerləşdirin və süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: Kələmi, qədər, yerləşdirin, Badam, fileni, əlavə, doğrayın, hazırdır, ovuntusunda, qarışdırın, filesini, salatı, sıxın, yuyun, çıxardın, paketdən, bitki, tavaya, zövqünüzə, badam
BİZİ İZLƏYİN