• Balıq brizolu qaytmaqlı püre ilə resepti

Reseptin məlumatları Baxış sayı: 3 371

Tarix : 21-04-2018, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
balıq filesi (tilapiya),
kartof,
un,
toyuq yumurtası,
limon,
ədviyyatlar qarışığı

Hazırlanması:
1. Kartofu təmizləyin, yuyun, dilimləyin, qazana qoyun, duzlayın, üzərinə qaynar su əlavə edin. Az odda hazır olana kimi bişirin (təxminən 15 dəqiqə).

2. Yumurtanı duz və istiotla qabda qarışdırın (çalmayın).

3. Fileni paketdən çıxardın, axar suda yuyun, qurudun. Yastı qaba un tökün və balığı hər iki tərəfdən una batırın. Daha sonra balığı yumurtaya salın və hər iki tərəfdən yaxşıca batırın.

4. Orta odda qızdırılmış tavaya bitki yağı əlavə edin. Balığı tavaya yerləşdirin. Yumurtanın qalan hissəsini balığın üzərinə tökün. Balığın üzərindən tökülmüş yumurtanı taxta qaşıqla yığın və balığın üzərinə yaxın (bunu tez etmək lazımdır, çünkü yümurta ani bişir).

5. Yumurta bərkiyəndən və azca qızarandan sonra, fileni çevirin. Zəif odda bağlı qapaqla 3-5 dəqiqə ərzində qızartmağa davam edin. Balıq brizolunu tavadan çıxardın.

6. Kartofun suyunu süzün, kakrtofu yaxşıca əzin, bir qədər qaynar su və (zövqünüzə görə) kərə yağı əlavə edin ki, püre krem halını alsın. Duzlayın, istiotlayın.

7. Balıq brizolunu göyərti ilə bəzəyərək püre ilə təqdim edin.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, yaxşıca, yuyun, Balıq, brizolunu, qaynar, sonra, batırın, tərəfdən, balığın, çıxardın, tavaya, tökün, dəqiqə, balığı, Yumurta, bişir, yümurta, qaşıqla
BİZİ İZLƏYİN