• Çoban piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 17 000

Tarix : 17-09-2014, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu gözəl və maraqlı təam Ukrayna mətbəxinə aiddir.

Tərkibi:
500 q qiymə
700 q kartof
2 yerkökü
1 baş soğan
1 diş sarımsaq
300 ml bulyon
10 q un
70 q kərə yağı
1 yumurta
70 q göy noxud konservi
1 ç.q. keşniş toxumu (üyüdülmüş)
100 q parmezan pendiri
duz (istəyə görə)

Hazırlanması:
Kartofu soyun, doğrayıb suda bişirin.
Soğanı kubik, yerkökünü saman kimi doğrayın, sarımsağı əzin.

Kartofdan püre hazırlayın, duzlayın, kərə yağının yarısını, keşniş toxumunu əlavə edin, qarışdırıb bir az soyudun. Sonra yumurta əlavə edin, yenə qarışdırın.

Yağın qalanında soğanı, yerkökünü, sarımsağı qovurun, qiyməni əlavə edin, qaşıqla əzə-əzə, qarışdıraraq vam odda bişirin. Yağını süzün, başqa quru tavada unu yağsız qovurun, buraya əlavə edin. 1 dəqiqə də bişirəndən sonra bulyon əlavə edib qarışdırın, vam odda bir qədər də bişirn. Hazır olandan sonra göy noxudu əlavə edin.

Pendiri sürtgəcin iri gözündən keçirin. Qiyməni siniyə döşəyin. Kartof püresini kulinar torbasına doldurub qiymənin üstünə çəkin. Pendiri üstünə səpin. 200 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, dəqiqə, sonra, keşniş, qovurun, yerkökünü, Pendiri, bulyon, sarımsağı, yumurta, qarışdırın, üstünə, qədər, bişirn, qarışdıraraq, qiyməni, qaşıqla, Yağını, süzün
BİZİ İZLƏYİN