• Türk mətbəxindən İmam bayıldı resepti

Reseptin məlumatları Baxış sayı: 6 165

Tarix : 2-05-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
3 badımcan eyni ölçüdə
2-3 iri ətli pomidor
1 soğan
3-4 yemək qaşığı zeytun yağı
1 diş sarımsaq
istəyə görə yarım acı bibər
duz və istiot

Hazırlanması:
1. Badımcanların qabığını zolaq şəklində soymaq, bit tərəfdən ortadan çirtmək ( içlik qoymaq üçün) və tavaya 1 yemək qaşığı töküb , badımcanları ara bir çevirərək, hərtərəfini biraz qızartmaq.
2. Bu zaman başqa tavada xırda doğranmış soğanı qovurmaq, sürtkəcdən keçirilmiş pomidoru, xırda doğranmış sarımsağı və acı bibəri əlavə etmək.
Bunları ara bir qarışdıraraq 5-10 dəqiqə bişirmək. Duz və istiot vurmaq.
Pomidorun suyu yarısınadək çəkilməlidir. Tam qurutmayın.
3. Bu pomidorlu içliyi badımcanların içinə doldurun ( badımcan dolması kimi ). İçliyi doldurmadan əvvəl badımcanları çirtdiyiniz yeri duzlayın.

Tavanın dibində pomidorlu içlikdən biraz saxlayın. Badımcanları tavaya düzün , yarım stakan su əlavə edin və qapağı örtüb 5-7 dəqiqə zəif od üstündə bişirin ki yağa düşsün.

İstəyə görə doğranmış göyərti əlavə edib süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: əlavə, doğranmış, badımcanları, dəqiqə, biraz, xırda, pomidorlu, istiot, badımcan, tavaya, qaşığı, yarım, yemək, içliyi, badımcanların, içinə, dolması, doldurun, göyərti, çəkilməlidir
BİZİ İZLƏYİN