• Ördək konfi resepti

Reseptin məlumatları Baxış sayı: 2 962

Tarix : 12-06-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 ördək budu
2 st. ördək yağı və ya adi işlətdiyiniz yağ
1 ç.q. kəklik otu
4 quru mixək
2 dəfnə yarpağı
2 x.q. duz
istiot

Hazırlanması:
1.Ördək budunu suyla yuyuruq. Mətbəx salfeti ilə quruduruq.
2.Bütün ədviyyatları əzirik və bir birinə qarışdırırıq. Aldığımız duzlu ədviyyat qarışımı ilə. Budları yaxşı sürtürük.
Yaxşı bağlanan qoba budları qoyuruq və bir gecə soyuducuda saxlayırıq.
3.Səhər budları çıxardırıq və salfetlə yaxşı duzdan təmizləyirik.
4.Dərin bir soba qabına yağımızı əlavə edirik və budları içinə salırıq. Üstünü soba kağızı ilə örtüb 150 dərəcədə isinmiş sobada budları 2 saat bişiririk.
5.Hazır ördəyi yağda donmuş halda istədiyiniz gədər soyuducuda saxlaya bilərsiz.
6.Yemək istədiyiniz zaman budu yağdan təmizləyib 5 dəqiqə tavada qızardın.
ənənəvi olaraq ördək konfinin yanında qarnir kartof puresi olur.
Bu üsülla siz istədiyinix əti bişirə bilərsiniz, məsələn toyuq, qaz və s.
Sobanız yoxdusa bu üsülla qazdada bişirə bilərsiniz. Az atəşdə 2-3 saat.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: budları, ördək, üsülla, bilərsiniz, bişirə, yaxşı, soyuducuda, istədiyiniz, halda, gədər, Yemək, bilərsiz, saxlaya, donmuş, Hazır, dərəcədə, örtüb, kağızı, isinmiş, sobada
BİZİ İZLƏYİN