• Portağal sousunda Ördək filesi resepti

Reseptin məlumatları Baxış sayı: 3 324

Tarix : 14-06-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 ördək filesi

Sous üçün:
4 portağal
1/2 st. bulyon və ya su
5 x.q. şəkər tozu
duz
istiot

Hazırlanması:
1.Birinci sousu hazırlayaq. Portağalın şirəsini sıxırıq və dərin bir qazana tökürük. Bir portağalın qabığını rəndələyib sokun içinə tökürük. Bulyonu və ya suyu qazana əlavə edirik. Şəkər tozunu əlavə edirik. Orta atəşdə qaynayana kimi saxlayırıq. Qaynayan zaman atəşini lap az edirik və 30 dəqiqə ərzində bişiririk. Sous qatılaşmalıdır. Sonda içinə duz və istiot əlavə edirik.
2.Ördək filesinin bir tərəfində dərini və əlbətdə dərisinin altında yağı olur. Bu dərini soymuruq, dərinin üstündən bıçaqla bir iki kəsik edirik. Hər iki tərəfdən duz və istiot vururuq.
3.Tavaya fileni dəri olan tərəfdən qoyuruq. əlavə yağ bizə lazım olmayacaq, çünki özünüzdə görəcəksiz ki ördək özü nə gədər yağ buraxacaq. 10 dəqiqə ərzində çevirmədən qızardırıq. O zaman Medium Rare qızarması yani şəkildəki kimi yarı çiy olacaq. Bu cür sevmirsinizsə o zaman 15-17 dəqiqə qızardacaqsınız bu tərəfdən.
4.Fileni çevirib 5 dəqiqə obiri tərəfdən qızardırsınız. Tam bişmiş istəyirsinizsə 10 dəqiqə.
5.Bişmiş fileni kəsirik və portağal sousu ilə servis edirik.

Ördəyin yağını atmırıq!!! Bizə başka yeməklərdə lazım olacaq

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: edirik, dəqiqə, əlavə, tərəfdən, zaman, istiot, olacaq, tökürük, içinə, ərzində, dərini, qazana, fileni, portağal, sousu, lazım, ördək, Tavaya, olmayacaq, vururuq
BİZİ İZLƏYİN