• Sobada Toyuq çöp şiş resepti

Reseptin məlumatları Baxış sayı: 10 781

Tarix : 24-06-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Kabablar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 kilo toyuq filesi

Basdırma üçün:
2 x.q. xama
2 x.q. tomat pastası
1/2 ç.q. sarıkök
1/2 ç.q. paprika ədviyyatı
2 diş sarımsaq
1/2 limonun suyu
4 x.q. bitki yağı
duz
istiot

Əlavə zövgə görə:
Bolqar rəngli bibərlər 2 ədəd
Göbələk çöpə 1 ədəd

Hazırlanması:
Toyuq filesini orta tikələrə kəsirik. Balaca tikələr quruyacaq çünki.
Yuxarıda yazdım basdırma üçün lazım olanları bir dərin qabda qarışdırın.
Sousu kəsilmiş toyuğun üstünə əlavə edirik. Yaxşı qarışdırıb qapaqlı qaba yığıb soyuducuda bir gecə saxlayırıq.
Səhər bolqar bibərlərini kəsirik. Göbəliyin içini çıxardırıq bizə yalnız "papağı" lazım olacaq. Taxta çubuqları suda isladırıq.
Sobanı 200-220 dərəcə isidirik.
Taxtalara sıx şəkildə toyuq tikələrini, bolqar bibəri və göbələyi keçirdirik. Soba listinə düzürük və 10-15 dəqiqə bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: kəsirik, bolqar, lazım, toyuq, bibərlərini, Göbəliyin, içini, çıxardırıq, əlavə, Səhər, saxlayırıq, qarışdırıb, Yaxşı, qapaqlı, yığıb, soyuducuda, yalnız, edirik, papağı, göbələyi
BİZİ İZLƏYİN