• Ətli-tərəvəzli qarabaşaq dəmləməsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 444

Tarix : 17-09-2014, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi (3 iri küpə üçün):
500 q toyuq əti (2 bud)
500 q sosis və ya kolbasa
baş soğan
yerkökü
2 pomidor
göyərti
12 x.q. qarabaşaq (1 küpəyə 4 qaşıq)
ədviyyat – istəyə görə
dəfnə yarpağı

Hazırlanması:
Toyuğun yağını (piyini) kəsib götürün (atmayın), əti təxminən 30 dəqiqə qaynadıb bulyon hazırlayın.

Kolbasa-sosiskanı və soğanı kubik doğrayın. Yerkökünü sürtgəcin iri gözündən keçirin. Pomidorların qabığını soyub xırdalayın.

Toyuq ətindən kəsdiyiniz piyi xırdalayıb tavada əridin. Ərinməmiş bərk hissələri tavadan çıxarın.
Tərəvəzləri, kolbasa və sosisləri əlavə edib 7-10 dəqiqə qovurun.
Sonra bunu saxsı küplərə bərabər qaydada paylaşdırın, üstünə qarabaşaq səpin (hər küpəyə təxminən 4 x.q.). Üstünə küpənin «çiyninə» çıxanadək qaynar toyuq bulyonu əlavə edin (təxminən hərəsinə 250-350 ml).

Küpələri sobaya qoyun. 150 dərəcə istilikdə bişirin. Təxminən yarım saat sonra qarışdırın, yenidən 30 dəqiqə bişirin.
Ətli-tərəvəzli qarabaşaq dəmləməsi resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: təxminən, dəqiqə, qarabaşaq, küpəyə, əlavə, toyuq, kolbasa, bişirin, bərabər, küplərə, paylaşdırın, səpin, üstünə, saxsı, qaydada, sosisləri, hissələri, Ərinməmiş, əridin, tavadan
BİZİ İZLƏYİN