• Balıq kotleti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 26 861

Tarix : 18-09-2014, 11:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq merluza (xek) balığı
reyhan
sarımsaq
1 limonun şirəsi
3 yumurta
0,5 st. suxarı
duz
istiot
küncüt

Sous üçün:
1 iri soğan
sarımsaq
2 yerkökü
2 qabaq
4 pomidor
duz
1 ç.q. şəkər tozu

Hazırlanması:
Yuyulub təmizlənmiş, doğranmış balığı, reyhanı, sarımsağı, limon şirəsini, yumurtaları, duz və istiotu blenderdə yapışqanlı qarışıq alınanadək xırdalayın. Yarım saat saxlayın. Sonra isə küftələr tutub küncütə batırın. Daha yarım saat saxlayın (bu müddətdən tez bişirsəniz, kotletlər dağılacaq).

Soğanı və sarımsağı xırda doğrayın, yağda qovurun, sürtgəcdən keçirilmiş yerkökü və qabağı əlavə edin. Qovrulandan sonra qabığı soyulub xırdalanmış pomidorları, azca su, duz, şəkər tozu əlavə edin. Vam odda yarım saat bişirin. Sonra blenderə töküb xırdalayın.

Balıq kotletlərini qaynar yağda qızardın. Boşqablara sous tökün, üstündən kotletləri düzün.
Balıq kotleti resepti - FOTO RESEPT

Balıq kotleti resepti - FOTO RESEPT

Balıq kotleti resepti - FOTO RESEPT

Balıq kotleti resepti - FOTO RESEPT

Balıq kotleti resepti - FOTO RESEPT

Balıq kotleti resepti - FOTO RESEPT

Balıq kotleti resepti - FOTO RESEPT

Balıq kotleti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yerkökü, yağda, xırdalayın, şəkər, sarımsağı, əlavə, Sonra, saxlayın, yarım, sarımsaq, balığı, kotletlər, keçirilmiş, Qovrulandan, qabağı, sürtgəcdən, qovurun, xırda, sonra, Soğanı
BİZİ İZLƏYİN