• Hinduşka qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 19 711

Tarix : 13-11-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4

Şef / Mənbə : menim_sufrem


Tərkibi:
0.5 kq hinduşka,
250 qr çiyidi çıxarılmış zoğal,
2 ədəd baş soğan (orta ölçülü),
2.5 st bulyon,
duz, istiot
zövqə görə ədviyyatlar

Hazırlanması:
Əvvəlcə hinduşlka ətini suda qaynadırıq. Dadlı və ətirli bulyon əldə etmək üçün əti qaynadarkən suya 1 ədəd baş soğan, 1 diş sarımsaq və 1 dəfnə yarpağı əlavə edirik. Ətin tam bişdiyinə əmin olduqdan sonra duzunu əlavə etmək lazımdır, əks halda ət bərkiyir, gec bişir. Ət bişdikdən sonra soğanları samanvari doğrayıb, yağda qızardırıq. Üzərinə ət əlavə edib, qovurmağa davam edirik. Zoğalı, ədviyyatları və ən axırda bulyonu ətin üzərinə töküb, az odda 20 dəqiqə bişiririk.

Nuş olsun!
Etiketlər: əlavə, edirik, etmək, soğan, bulyon, sonra, samanvari, doğrayıb, halda, soğanları, bişdikdən, yağda, bərkiyir, bişir, Üzərinə, üzərinə, bulyonu, töküb, dəqiqə, bişiririk
BİZİ İZLƏYİN