• Badımcan, bibər və pomidor dolması resepti

Reseptin məlumatları Baxış sayı: 3 559

Tarix : 20-11-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : menim_sufrem


Tərkibi:
6 ədəd badımcan (kiçik ölçülü),
6 ədəd yaşıl Bolqar bibəri,
6 ədəd pomidor,
duz, istiot,
1- x.q. ərinmiş yağ

İçlik üçün:
4 x.q. ərinmiş yağ,
700 qr çəkilmiş qoyun və ya mal əti (və yaxud ikisinin qarışığı),
2 baş soğan,
1 ədəd yaşıl uzun bibər,
doğranmış pomidor içi,
1 st. xırda doğranmış reyhan,
duz, istiot

Hazırlanması:
Əvvəlcə pomidorların saplağını yumruvari və saplağı pomidordan tamamilə ayırmamaq şərtiylə kəsirik. İçini bıcaq və ya qaşıqla oyub çıxardırıq. Təmizlədiyiniz içi atmayın – çünki bunu ətli iç üçün istifadə edəcəksiniz.
Bibərlərin saplağını, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsirik. İçinin tumlarını təmizləyirik. Bibər və badımcanları duru yağda azacıq qızardırıq (əzilməməlidir). Bu arada içliyi hazırlayırıq.
Əti tavaya əlavə edib, suyu çəkilənə və qızaranadək bişiririk. Xırda doğranmış soğanı ətin üzərinə əlavə edib, birlikdə bir az da qızardırıq. Ardınca doğranmış pomidoru əlavə edib, 5 dəqiqə daha bişiririk. Oddan kənara çəkib, göyərti əlavə edirik. Zövqə görə duz və istiot vurub qarışdırırıq. Tərəvəzlərin içinə ətli içlikden qoyub, üzərinə ərinmiş yağ gəzdiririk və tavanın qapağını örtürük. Dolmaları az odda təxminən 35-40 dəqiqə ərzində bişiririk.

Nuş olsun!
Etiketlər: doğranmış, əlavə, istiot, bişiririk, ərinmiş, qızardırıq, saplağını, tamamilə, saplağı, şərtiylə, üzərinə, dəqiqə, kəsirik, ayırmamaq, yumruvari, pomidor, yaşıl, Xırda, soğanı, birlikdə
BİZİ İZLƏYİN