• Darçınlı küftə resepti

Reseptin məlumatları Baxış sayı: 3 917

Tarix : 24-12-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : sevinc_zv


Tərkibi:
500 qr farş olunmuş ət
2 ədəd soğan
1 x.q. darçın
0.5 ç.q.qara istiot
2,3 x.q. zeytun yağı
2.5 st su
duz

Hazırlanması:
Əvvəlcə bir qazanda su, duz və yağı qaynadırıq. Bu arada xırda-xırda doğranmış soğan, darçın və qara istiotu da əlavə edib, yaxşıca qarışdırırıq. Əlimizlə balaca küftəciklər hazırlayırıq. Bu küftəcikləri qaynayan yağlı,duzlu suya əlavə edib, bişməsini gözləyirik. Suyu biraz çəkilib, küftələr bişdikdə yeməyimiz hazırdır.
*Qeyd. Yeməyi plov ya da yaşıl salatla servis edə bilərik.

Nuş olsun!
Etiketlər: əlavə, darçın, soğan, xırda, çəkilib, biraz, bişməsini, yağlı, duzlu, küftələr, gözləyirik, yeməyimiz, salatla, servis, bilərik, yaşıl, Yeməyi, qaynayan, hazırdır, bişdikdə
BİZİ İZLƏYİN