• Toyuq çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 13 859

Tarix : 20-12-2015, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 x.q. zeytun yağı
1 baş soğan
2 diş sarımsaq
1/3 st. sidr qozası (şam fıstığı)
750 q toyuq qiyməsi
1,5 fincan təzə çörəyin ovulmuş içi
3/4 st. xırdalanmış təzə reyhan
1/4 st. xırda doğranmış cəfəri
1 yumurta

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Dərin formanı yağlayın.

Yağı tavaya qoyub orta itilikli odda əridin. Xırda doğranmış soğan, əzilmiş sarımsaq və sidr qozasını əlavə edin. Qarışdıraraq 8 dəqiqə, soğan yumşalınca bişirin. Soyudun.

Qiymə, çörək ovuntuğu, doğranmış göyərti, yumurta, qovurduğunuz soğan-fıstıq qarışığı, duz və istiotu qarışdırın.

Bu qarışığı formaya yığın, əlinizlə azca basın.

40 dəqiqə, qızılı rəng alanadək bişirin. Sonra sobanı söndürüb daha 10 dəqiqə içində saxlayın.

Nuş olsun!
Etiketlər: soğan, doğranmış, dəqiqə, yumurta, sarımsaq, bişirin, qarışığı, qovurduğunuz, göyərti, fıstıq, Qiymə, yumşalınca, Qarışdıraraq, Soyudun, istiotu, çörək, ovuntuğu, formaya, söndürüb, sobanı
BİZİ İZLƏYİN