• Boranılı qulyaş resepti

Reseptin məlumatları Baxış sayı: 17 257

Tarix : 23-09-2014, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq mal əti (2 sm tərəfli kubik doğranmış)
600 q boranı (2 sm tərəfli kubik doğranmış)
200 q soğan
300 q quyruq
2 diş sarımsaq
2 ç.q. üyüdülmüş qırmızı şirin istiot
1 pomidor (kubik doğranmış)
1 şirin bibər
duz
zirə

Hazırlanması:
Qalın divarlı tavada quyruğu əridin. Soğanı bunun içində qovurun. Soğan qızarmasın deyə, ocağın itiliyini azaldın. Soğan şəffaflaşanda əti əlavə edin. Təxminən 10 dəqiqə qovurun. Sarımsağı xırdalayın, azacıq zirə və duzla qarışdırın.
Tavanı ocaqdan götürün, qırmızı istiot və sarımsaqla zirənin qarışığını əlavə edib taxta qaşıqla qarışdırın.

Azca isti su əlavə edin, tavanı yenidən ocağın üstünə qoyun. Qapağını örtüb, vam odda 60 dəqiqə bişirin.

Pomidoru kubik doğrayın, azacıq su ilə birlikdə tavaya əlavə edin. Daha yarım saat bişirin.

Boranını əlavə edin və tam hazır olanadək bişirin. Lazım gələrsə, duz da vurun. Hazır ət və boranı yumşaq olmalı, amma formasını itirməməlidir.

Nuş olsun!
Etiketlər: əlavə, kubik, bişirin, doğranmış, ocağın, dəqiqə, azacıq, qovurun, Soğan, istiot, qarışdırın, şirin, tərəfli, boranı, qırmızı, örtüb, qarışığını, Pomidoru, taxta, qaşıqla
BİZİ İZLƏYİN