• Jiqo D`Aqno resepti

Reseptin məlumatları Baxış sayı: 15 265

Tarix : 25-09-2014, 18:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
qoyun budu (təxminən 3 kq )
1 şüşə şirin şərab
30-40 diş sarımsaq
6-7 budaq rozmarin
1 dəstə təzə kəklikotu
iri dəniz duzu
istiot
zeytun yağı
10-12 gilə ardıc meyvəsi (istəyə görə)
Provans otları (mərzə, rozmarin, reyhan, kəklikotu, şalfey, nanə-cövhər, oreqanonun quru qarışığı)

Qeyd: bu xörək qaz bişirmək üçün qalın divarlı çuqun qazanda hazırlanmalıdır. 6 aylıqdan 1 yaşadək qoyunun ətindən istifadə olunmalıdır.

Hazırlanması:
Öncə budu basdırma edin. (Bunun üçün sirkədən istifadə etmək lazım deyil. Sirkədən əsasən bir neçə gündən qalmış və ağır qoxulu ətin iyini aradan qaldırmaq üçün istifadə olunur). Budun üzərinə iri dəniz duzu, istiot və quru Provans otları çəkin, zeytun yağı gəzdirin, 2-3 saat saxlayın. Bir gecə də saxlaya bilərsiniz.

Qaz bişirmək üçün qazana bir neçə qaşıq zeytun yağı tökün. Ocağın üstə qoyun. Qaynar olanda qabığından təmizlənməmiş 40 diş sarımsaq əlavə edin. (Bəzən ətin üstündə yarıqlar edib təmizlənmiş sarımsağı orada yerləşdirməyi tövsiyə edirlər. Ancaq qabıqlı sarımsağı ətri gec olsa da, tamamilə ətə hopur).

Quzu budunu da qazana qoyub qızılı rəng alanadək qızardın. Sonra budu və sarımsaqları içində çıxarın. Qazanın içini kağız salfetlə təmizləyin (yanmış yağdan təmizləmək üçün). Təzə rozmarin budaqlarını içinə döşəyin. Budu üstdən qoyun. Sarımsaqları düzün. Təzə kəkotunu, üstündən isə rozmarini döşəyin. Bunun içinə 10-12 ədəd ardıc meyvəsinin qurusunu da əlavə etmək olar. Şirin şərabı qaynadıb isti-isti buraya əlavə edin (ağ və ya qırmızı - fərq etməz, əsas odur, keyfiyyətli olsun). Əgər şərab budun üstünü tam örtərsə, sonradan bişirərkən budu çevirmək heç lazım olmayacaq.

Qazanın qapağını örtün. 120-130 dərəcə qızdırılmış sobada 6-8 saat bişirin.

Bu xörəyin sousunda bişmiş ağ lobyanı, yaxud təzə kartofu bir neçə dəqiqə qaynadıb yanında qarnir kimi verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: rozmarin, zeytun, əlavə, istifadə, qoyun, lazım, bişirmək, etmək, olsun, qaynadıb, içinə, Qazanın, sarımsağı, qazana, bilərsiniz, otları, döşəyin, Bunun, istiot, ardıc
BİZİ İZLƏYİN