• Mal ətindən jiqo resepti

Reseptin məlumatları Baxış sayı: 17 619

Tarix : 25-09-2014, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq mal əti
0,5 st. quyruq yağı
100 q quyruq
1-2 ədəd cəfəri kökü
2 təzə pomidor
2 yerkökü
1 kərəviz
1 st. turşumuş süd
0,5 st. şərab
qara istiot
duz

Hazırlanması:
Əti döyün, üzərində kəsiklər edib xırda doğranmış quyruq və yerkökünü içinə doldurun (yaxud içinə yayıb rulet kimi bükün), üstünə qara istiot səpin, yaxşıca qızdırılmış quyruq yağında qovurun. Hər tərəfi qızaranda duz səpin, xırda doğranıb azca qovrulmuş yerkökü, kərəviz və cəfərini əlavə edin. Qazanın qapağını kip bağlayın. Arada az-az qaynar su əlavə etməklə tam yumşalanacan bişirin. Tam yumşalanda xırda doğranmış pomidor, yarım saatdan sonra isə çalınmış turşumuş süd əlavə edin. 10 dəqiqədən sonra ocaqdan götürün.

Hazır əti çıxarıb nazik doğrayın. Sousu süzün, içinə şərab əlavə edib vam odda 5-6 dəqiqə bişirin, ətin yanında süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, quyruq, xırda, içinə, səpin, bişirin, sonra, doğranmış, istiot, yerkökü, pomidor, turşumuş, kərəviz, şərab, ocaqdan, saatdan, çalınmış, dəqiqədən, yumşalanacan, qaynar
BİZİ İZLƏYİN