• Kartofla bişirilmiş jiqo resepti

Reseptin məlumatları Baxış sayı: 17 683

Tarix : 25-09-2014, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq quzu budu
4 diş sarımsaq
duz
istiot
2 ç.q. rozmarin qurusu
1,5 kq kartof
2 x.q. zeytun yağı
50 q kərə yağı
şüyüd

Hazırlanması:
Quzu budunu basdırma edin:
sarımsaq, rozmarin və zeytun yağını blenderdə qarışdırın (yaxud xırda doğrayıb həvəngdəstədə əzin). Alınan məhlulu budun üstünə sürtün. Duzlayıb-istiotlayın, üstünə ağır yük qoyub 1 saat saxlayın.

Kartofu təmizləyib, yuyub 4 yerə bölün. Kərə yağını qızdırın, xırda doğranmış sarımsaqla şüyüdü əlavə edib ocaqdan götürün. Kartofu içinə salıb qarışdırın.

Dərin siniyə folqa döşəyin. Ortasına budu, kənarlarına isə kartofu düzün, azca su əlavə edin. Folqanı üstünə çəkin (qapaq kimi kip bağlayın).

280 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Sonra çıxarıb folqanı açın, bıçaqla ətin üstünü çərtin, sousundan üstünə gəzdirin, sonra yenidən sobada 25 dəqiqə bişirin. Bu müddətdən sonra sobanı söndürün, amma xörəyi içində daha 15-20 dəqiqə saxlayın.

Nuş olsun!
Etiketlər: üstünə, yağını, dəqiqə, bişirin, qarışdırın, sonra, əlavə, xırda, rozmarin, saxlayın, Kartofu, sobada, sarımsaq, zeytun, dərəcə, qızdırılmış, bağlayın, Folqanı, Ortasına, döşəyin
BİZİ İZLƏYİN