• Toyuqlu frikase resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 626

Tarix : 28-09-2014, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq toyuq
1 ortaboy soğan
4 diş sarımsaq
2 iri bolqar bibəri
800 q pomidor
1 x.q. qırmızı şərab sirkəsi
1 ç.q. şəkər tozu
100 q zeytun
50 q kişmiş
150 q yaşıl noxud (konservi)
duz
istiot

Hazırlanması:
Soğan və sarımsağı xırda, bibərləri saman kimi doğrayın.

Toyuğu doğrayın, duz, istiot vurun.

Tavada 2 x.q. bitki yağında iti odda toyuğu qızardın (hər tikənin bir üzünü 2 dəqiqə). Boşqaba yığın.
Toyuqlu frikase resepti - FOTO RESEPT


Ocağı azaldıb elə həmin tavada soğan, sarımsaq, bibəri qarışdıra-qarışdıra 5 dəqiqə qovurun. Şəkər tozu, sirkə və qabığı soyulub çəngəllə əzilmiş pomidorları əlavə edin. Toyuğu tavaya əlavə edin, duzlayın. Qaynara düşəndən sonra tavanın qapağını bağlayıb, orta itilikli odda 10 dəqiqə bişirin.
Toyuqlu frikase resepti - FOTO RESEPT


Zeytun və kişmiş əlavə edin. Qarışdırın, toyuq tam hazır olanadək, təxminən daha 25-30 dəqiqə bişirin. Hazır olana 5 dəqiqə qalmış yaşıl noxudu əlavə edin.
Toyuqlu frikase resepti - FOTO RESEPT


Süfrəyə düyü ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, istiot, yaşıl, doğrayın, Toyuğu, kişmiş, qarışdıra, bişirin, soğan, toyuq, bibəri, sarımsaq, pomidorları, olsun, Hazır, tavaya, Qaynara, duzlayın, əzilmiş
BİZİ İZLƏYİN