Falafeli ərəb mətbəxinə aiddir.
Tərkibi:450 q noxud
2-3 ortaboy soğan
2-3 diş sarımsaq
1 dəstə cəfəri
1 dəstə keşniş
duz, ağ istiot, zirə
fritür üçün yağ
Hazırlanması:Noxudu yaxşıca yuyun, bir gecə duzlanmış və bir çimdik soda vurulmuş suda saxlayın.
Sabahı gün bütün ərzaqları ət maşınından, yaxud kombayndan keçirin. Dənəvər kütlə alınacaq.
Bundan küftələr düzəldin. Qaynar yağda qızılı rəng alanadək qovurun. Yağını çəkməsi üçün salfetin üstünə düzün.
Küncüt sousu və marinə edilmiş tərəvəzlərlə süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: dəstə, yağda, qızılı, alanadək, qovurun, Qaynar, düzəldin, kütlə, Dənəvər, alınacaq, Bundan, küftələr, Yağını, salfetin, tərəvəzlərlə, edilmiş, süfrəyə, bilərsiniz, olsun, marinə