• Mutancana resepti

Reseptin məlumatları Baxış sayı: 15 073

Tarix : 11-03-2016, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 q quşbaşı doğranmış quzu əti
3 x.q. kərə yağı
20 ədəd xırda soğan
1 x.q. un
2 st. ilıq su
0,5 st. kişmiş
5 ədəd ərik qurusu
1 x.q. bal
0,5 st. badam
4 ədəd əncir qurusu
duz

Hazırlanması:
Badamları isti suda 5 dəqiqə qaynadın. Qabıqlarını soyub bir kənara qoyun. 2 x.q. kərə yağını tavada əridin. Əti əlavə edin. Suyunu buraxıb, sonra yenidən özünə çəkincə qovurun. Xırda soğanları təmizləyib əlavə edin, 2-3 dəqiqə qızardın. Un əlavə edib daha 1-2 dəqiqə qovurun. Su əlavə edin. Ət yumşalandan sonra kişmiş, dörd bölünmüş ərik qurusu, bal və duz əlavə edin. 5 dəqiqə bişirdikdən sonra badamları əlavə edin.

Tavanın qapağını bağlayıb vam odda ət tam yumşalınca bişirin. Buluda yığın. Əncirləri 6 yerə bölün. Tavada 1 x.q. kərə yağıyla bir neçə dəqiqə ənciri qovurun. Ənciri ətin üstünə düzün.

Yanında plov verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, qovurun, sonra, qurusu, kişmiş, bağlayıb, Tavanın, qapağını, yumşalınca, bişirdikdən, qızardın, yumşalandan, bölünmüş, bişirin, badamları, Əncirləri, düzün, üstünə, Yanında
BİZİ İZLƏYİN