• Kartoflu qabaq dolması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 740

Tarix : 30-09-2014, 15:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Tərkibi:
1 qabaq
3-4 kartof
200 q toyuq qiyməsi
1 x.q. un
1 soğan
1 ədəd əridilmiş pendir kubiki
duz
istiot
1 yumurta
bitki yağı
mayonez

Hazırlanması:
Kartofu təmizləyin, yuyun, sürtgəcdən keçirin.
Un, yumurta, duz, istiot, qiymə əlavə edin, qarışdırın.
Soğanı xırda doğrayıb bitki yağında qovurun. Qiyməyə əlavə edin.
Qabağı 4-5 sm hündürlükdə «stəkanlar»a doğrayın. Dibini saxlamaqla içini oyub çıxarın. Kartoflu-qiyməli içi qabağın içinə doldurun. Siniyə yığın. Üstünə əridilmiş pendir dilimi qoyun. Mayonez çəkin.
185 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin.

Süfrəyə tomat sousu, xama ilə verə bilərsiniz.
Kartoflu qabaq dolması resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: bitki, əridilmiş, pendir, istiot, yumurta, əlavə, içinə, doldurun, Üstünə, yığın, Siniyə, qabağın, içini, saxlamaqla, çıxarın, Kartoflu, qiyməli, dilimi, çəkin, tomat
BİZİ İZLƏYİN