• Boranılı aş resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 89 909

Tarix : 30-09-2014, 20:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q basmati düyüsü
750 q boranı
3 x.q. duz
sarıkök
2 x.q. xama
20 q kərə yağı
80 q ərinmiş yağ
1 yumurta
Boranılı aş resepti - FOTO RESEPT


Hazırlanması:
3 l su qaynadın. 3 x.q. duz əlavə edin. Su qaynayanda düyünü tökün, arada qarışdıra-qarışdıra, yarımbişmiş hala gələndə kubik doğranmış boranını əlavə edin, qarışdırın, 3 dəqiqə bişirin.
Boranılı aş resepti - FOTO RESEPT

Boranılı aş resepti - FOTO RESEPT


Süzün.

Boranı diri qalmalıdır. Azca sarıkök əlavə edin, ehtiyatla qarışdırın.
Boranılı aş resepti - FOTO RESEPT


Qazmaq:

Dərin kasaya 1 yumurta qırın, 2 x.q. xama və 4 x.q. süzülmüş düyü əlavə edin (çalışın, içinə boranı qarışmasın, yoxsa yanar), qarışdırın.
Boranılı aş resepti - FOTO RESEPT


İri qazanın dibinə 80 q ərinmiş yağ qoyun.
Boranılı aş resepti - FOTO RESEPT


Qaynara düşəndə ocağı azaldın, yumurtalı qarışığı (qazmağı) tökün, hamarlayın, qazanın qapağını örtün, 3-5 dəqiqə bişirin.
Boranılı aş resepti - FOTO RESEPT


Süzülmüş düyünü əlavə edin, əzmədən hamarlayın. Düyünün üstünə parça-parça kərə yağı qoyun.
Boranılı aş resepti - FOTO RESEPT


Boranılı aş resepti - FOTO RESEPT


Qazanın qapağına təmiz, nəm dəsmal çəkin, qazanın ağzını örtün. Ya da qapağa xüsusi "papaq" geydirin. Zəif odda plovu 45 dəqiqə dəmləyin.
Boranılı aş resepti - FOTO RESEPT


Qazmaq asan çıxsın deyə qazanı ocaqdan götürəndə yaş dəsmalın üstünə qoyun.

Boşqaba düyü çəkin, qazmağı bölüb üstünə düzün.
Boranılı aş resepti - FOTO RESEPT

Boranılı aş resepti - FOTO RESEPT


Qarniri yanında, yaxud buluddakı plov təpəciyinin üstündə verin.
Boranılı aş resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qoyun, üstünə, qarışdırın, dəqiqə, qazanın, Qazmaq, çəkin, qarışdıra, tökün, bişirin, parça, düyünü, yumurta, sarıkök, boranı, örtün, hamarlayın, ərinmiş, qazmağı
BİZİ İZLƏYİN