• Toyuq ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 8 227

Tarix : 5-11-2018, 21:15

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Lamiyə


Tərkibi:
500-600 qr. toyuq file
1 ədəd soğan
1 yumurta
1 x.q. suxari
duz
istiot

İçlik üçün:
1 ədəd soğan
duru yağ
300 qr. göbələk
50 qr. sarı pendir
duz
istiot

Hazırlanması:
İçlik hazırlanması:

1 ədəd soğan doğranır və az duru yağda qovrulur. Üzərinə 300 q göbələk doğranır tökülür. Suyu çıxır. Çəkilənə qədər bişirib az qızardırıq. Soyudub üstünə 50 qr kaşar pendiri + duz, istiot əlavə edib qarışdırırıq.

Rulet hazırlanması:
500-600 qr file və 1 ədəd soğanı maşından keçiririk. Üzərinə 1 kiçik yumurta, 1 x.q suxari, duz, istiot əlavə edib qarışdırırıq. Falqaya duru yağ çəkib yayırıq onun üzərinə. İçliyi ortaya qoyub falqa yardımı ilə rulet halına salırıq. Falqaya büküb 180 dərəcədə əvvəlcədən isinmiş sobada 30 dəqiqə bişirib falqanı üstən kəsirik. Üzərinə mayonez çəkib 10 dəqiqəlik sobaya göndəririk. Soyudub doğrayırıq.

Nuş olsun!
Etiketlər: istiot, Üzərinə, soğan, əlavə, doğranır, çəkib, hazırlanması, Soyudub, Falqaya, qarışdırırıq, suxari, yumurta, İçlik, göbələk, bişirib, dərəcədə, əvvəlcədən, rulet, falqa, yardımı
BİZİ İZLƏYİN