• Kişniş soslu balıq resepti

Reseptin məlumatları Baxış sayı: 5 521

Tarix : 28-01-2019, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd dilimlənmiş balıq,
1 quru soğan,
2 şorba qaşığı əzilmiş kişniş,
1 şirniyyat qaşığı duz,
1 yemək qaşığı maye yağ,
Yaşıl soğan,
Pomidor

Hazırlanması:
Əvvəlcə soğanları soyun.
Soyduğunuz soğanları halqa-halqa doğrayın.
Balıqları təmizləyin və təmiz-təmiz yuyun.
Yuduğunuz balıqları suyunu çəkməyə qoyun.
Sonra balıqları doğrayın.
Doğradığınız balıqları duzlayın.
Duzladığınız balıqları doğrqdığınız soğanların üzərinə düzün.
Kişmişi balıqların üzərinə yaxşıca səpin.
.Bu şəkildə yarım saat gözlədin.
Yağı balıq tavasına alıb bir az qızdırın.
Kişnişli balıqları qızğın tavaya qoyun.
O üz, bu üz yaxşıca qızardın.
Yaşıl soğan, pomidor ilə birlikdə servis edein.
İzqara dadında bir ləzzət ortaya çıxacaq.

Nuş olsun!
Etiketlər: balıqları, soğan, qaşığı, təmiz, halqa, üzərinə, qoyun, soğanları, yaxşıca, doğrayın, Yaşıl, balıq, gözlədin, ortaya, qızdırın, yarım, tavasına, səpin, balıqların, çıxacaq
BİZİ İZLƏYİN