• Sobada makaron resepti

Reseptin məlumatları Baxış sayı: 7 767

Tarix : 30-03-2019, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 paket makaron,
1 yemək qaşığı kərə yağı,
1 yemək qaşığı un,
3 su stəkanı soyuq süd,
2 ədəd yumurta sarısı,
1/4 çay qaşığı əzilmiş qoz,
1/4 çay qaşığı təzə çəkilmiş istiot,
1/2 çay qaşığı duz,

Fırın qabını yağlamaq üçün:
1 şirniyyat qaşığı kərə yağı,

Üzəri üçün:
1 su stəkanı rəndələnmiş holland pendiri,

Servis üçün:
1/4 dəstə şüyüd

Hazırlanması:
Bir qazanın içində suyu qaynadın.
Qaynayan suyun içinə makaronu əlavə edib bişirin.
10 dəqiqəyə yaxın bişirdikdən sonra suyunu süzün.
Fırın qabını kərə yağı ilə yağlayın.Süzdüyünüz makaronları yağladığınız siniyə tökün.
Başqa bir qazanı da ocağa alıb içinə kərə yağı ataraq əridin.
Əridiyiniz kərə yağının içərisinə ələmiş olduğunuz unu əlavə edib qovurun.
Unun rəngi dəyişən kimi içərisinə soyuq süd və yumurta sarısını əlavə edin.
Həmən ardından rəndələnmiş qozu , istiotu və duzu hazırladığınız sosa əlavə edərək ləzzətləndirin.
Bu sosu çərpıcı ilə çırparaq qarışdırın və vam odda qatılaşana qədər bişirin.
Sosunuz azca sulu olduğu halda ocaqdan alın.
Fırın qabındakı makaronların üzərinə sosu gəzdirin.
Bütün sosu tökdükdən sonra fırın qabının içindəki makaron sosu qarışdırın və taxta qaşıqla üzərini düzəldin.
Son olaraq soslu makaronun üzərinə rəndələnmiş holland pendirini rəndələyin.
Əvvəlcədən 180 dərəcə qızdırdığınız fırında 15 dəqiqə bişirin.
Fırından çıxardıqdan sonra üzərinə şüyüdü incə doğrayaraq üzərinə səpin və servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, üzərinə, rəndələnmiş, Fırın, bişirin, sonra, qabını, qarışdırın, holland, içinə, içərisinə, soyuq, makaron, yemək, yumurta, stəkanı, qabındakı, ocaqdan, halda
BİZİ İZLƏYİN