• Beşamel sousu ilə kartof resepti

Reseptin məlumatları Baxış sayı: 15 724

Tarix : 3-10-2014, 10:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
80 q qrüyer pendiri
1 l süd
1,5 x.q. un
1,5 x.q. zeytun yağı
40 q kərə yağı
1 diş sarımsaq
1,2 kq kartof
duz

Hazırlanması:
Yuyulmuş, amma qabığı təmizlənməmiş kartofu iri qazana qoyun, üzərinə soyuq su və 1 ç.q. soda tökün, ocağa qoyun. Qaynara düşəndə ocağı azaldın, sonra 20-30 dəqiqə bişirin. Kartof yumşaq olmalı, amma dağılmamalıdır.

Suyunu süzün. Təmizləyin, fal-fal, nazik doğrayın.

Odadavamlı tavaya sarımsaq çəkin. Kartofun yarısını içinə döşəyin. Sobanı 200 dərəcə qızdırın.

Beşamel sousu: kərə yağını zeytun yağı ilə birlikdə əridin, un əlavə edib qarışdırın, daha 2 dəqiqə bişirdikdən sonra tədricən süd tökün, duz vurun. Qarışdıraraq daha 4 dəqiqə, sous qatılaşanadək bişirin.

Sousun yarısını tavadakı kartofun üzərinə gəzdirin. Sürtgəcdən keçirilmiş qrüyer pendirinin yarısını səpin. Kartofun qalanını döşəyin, sousun qalanını da üzərinə gəzdirin, yenə qrüyer pendiri səpin. Sobada 15 dəqiqə bişirin.

Süfrəyə elə kartofu bişirdiyiniz qabda verin.

Nuş olsun!
Etiketlər: dəqiqə, bişirin, yarısını, üzərinə, qrüyer, qalanını, sarımsaq, səpin, pendiri, gəzdirin, qoyun, sonra, tökün, döşəyin, kartofu, zeytun, Kartofun, yağını, sousu, vurun
BİZİ İZLƏYİN