• Pomidor soslu pirzola resepti

Reseptin məlumatları Baxış sayı: 4 984

Tarix : 5-07-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
8 ədəd quzu pirzola,
1/2 çay stəkanı zeytun yağı,
1/2 çay stəkanı su,
100 q arpacıq soğan,
3 ədəd orta ölçüdə soğan,
5 diş sarımsaq,
1 dəstə təzə kəklikotu,
1 çay qaşığı duz,

Sosu üçün:
1 yemək qaşığı kərə yağı,
1/2 yemək qaşığı un,
3 yemək qaşığı soya sosu,
1/2 çay kaşığı təzə çəkilmiş istiot,
1/2 su stəkanı su,

Pirzola bişirmək üçün önəmli olan:
Pirzolaların döyülməmiş və iki qabırğalı olması lazımdır.

Bişirmə qaydası:
Pomidor sosunda bişən pirzolaların sosunu süzəcəyiniz üçün sarımsağı baş olaraq da ata bilərsiniz .

Hazırlanması:
Pirzolaları qalın altlıqlı bir qazanda sıra halında düzün.
Qabqllarını soyduğunuz pomidorları kiçik küp halında doğrayın. İsti suda saxlayıb qabıqllarını asanca soyduğunuz arpacıq soğanları və sarımsaqları doğranmış pomidorlar ilə birlikdə qazana yığın.
Zeytun yağı, su, duz və təzə kəklikotunu da əlavə etdikdən sonra pirzolaları qapağını qapatdığınız qazanda vam odda 25 dəqiqəyə yaxın bişirin.

Sosu hazırlamaq üçün:
Kərə yağını kiçik bir sos qazanında əridin. Unu əlavə edərək xəfif bir rəng alana qədər qovurun.
Soya sosu, su və təzə çəkilmiş istiotları əlavə etdikdən sonra sosu 5 dəqiqə qədər qaynadın.
Qaynayan sosu bir süzgəç yardımıyla ayrı bir sos qazanına süzün.
Pomidor sosunda bişən pirzolaları olaraq servis tabağına alın.
Arpacıq soğanların ləzzət verdiyi və pirzolaların içində biştiyi pomidor sosunu soya sosunu hazırladığınız sos qazanına süzüb yığın.
Əldə etdiyiniz qarışım sosu qatılaşana qədər vam odda bişirin.
Tabağa yığmış olduğunuz pirzolaların üzərinə hazır durumda olan sosu bolca gəzdirin və gözlətmədən isti- isti servis edin.
Kartof pürəsi ya da bişirilmiş qarışıq tərəvəzlər ilə servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, servis, sosunu, pirzolaların, əlavə, yemək, qədər, stəkanı, sosunda, qazanda, olaraq, bişirin, halında, bişən, kiçik, yığın, sonra, pirzolaları, Pomidor, etdikdən
BİZİ İZLƏYİN