• 3 bacı (bibər, badımcan, pomidor) dolması resepti

Reseptin məlumatları Baxış sayı: 7 542

Tarix : 14-07-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
kərə yağı
Qiymə
Şüyüd: 0,5 dəstə
Keşniş: 0,5 dəstə
Reyhan: 0,5 dəstə
Duz
Pomidorun iç hissəsi: 2 əd

Dolma üçün:
Bibər: 2 əd
Badımcan: 2 əd
Pomidor: 2 ədəd

Hazırlanması:
3 bacı dolmasının içliyini hazırlamaq üçün qiymə biraz qovrulur. İçərisinə düğranmış şüyüd, cəfəri və reyhan əlavə edilir. Kərə yağı və duz vurulur. Pomidorların içərisi çıxardılır və iç hissəsi də qiyməyə əlavə edilir və bişirilir.

Dolma bişiriləcək bibərlərin içərisi təmizlənir. Baş hissəsi qapaq kimi kəsilir.

Pomidorların baş hissəsi qapaq kimi səsilir, iç hissəsi təmizlənir.

Bibərlərin baş hissəsi kəsilir. İçliyi təmizlənir.

Bişən göyərtili qiymə bibərin, pomidorun və bibərin içərisinə doldurulur. Bibər və pomidorun “qapaq” hissəsi bağlanır.

Bir qaba səliqə ilə düzülür. Qab aluminium folqa ilə örtülür.

İsidilmiş sobada bişirilir.

İsti halda süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: hissəsi, dəstə, təmizlənir, içərisi, əlavə, edilir, qiymə, pomidorun, Pomidorların, Dolma, kəsilir, bibərin, bişirilir, qapaq, Bibər, Bibərlərin, səsilir, İçliyi, Bişən, göyərtili
BİZİ İZLƏYİN