• Kök dolması resepti

Reseptin məlumatları Baxış sayı: 6 756

Tarix : 24-07-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
8ədəd orta boy kök,
4 şorba qaşığı düyü,
200 qram orta yağlı qiymə,
1 ədəd incə doğranmış soğan,
10 dənə cəfəri və şüyüd,
1 şirniyyat qaşığı pomidor tomatı,
1 şorba qaşığı kərə yağı,
1 çay qaşığı istiot,
Yetərin qədər su,
Yarım şirniyyat qaşığı duz,

Hazırlanması:
Köklərin qabıqlarını soyub təmizləyin.
Təmizlədiyiniz köklərin içərisini oyub çıxardın.
Ayrı bir yerdə isə düyü, qiymə, soğan, şüyüd, cəfəri, tomat , kərə yağı, istiot və duzu qarışdırın.
Hazırladığınız qarışımı içərisini təmizlədiyiniz köklərin içlərinə pay edib, dik olaraq qazana yerləşdirin.
Üzərinə 1 su stəkanı isti suəlavə edib vam atəşdə köklər yumşalana qədər bişirin .
Hazır dolmaları isti və ya soyuq halda servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, şirniyyat, şüyüd, istiot, qədər, köklərin, cəfəri, içərisini, şorba, soğan, qiymə, içlərinə, stəkanı, Üzərinə, yerləşdirin, suəlavə, qazana, olaraq, köklər, soyuq
BİZİ İZLƏYİN