• Jülyen resepti

Reseptin məlumatları Baxış sayı: 9 248

Tarix : 26-08-2019, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Bizə lazım olacaq ərzaqlar:
500 qr toyuğun döş əti
400 qr şampinyon
2 ədəd ortaölçülü soğan
150 qr xama və ya qaymaq
200 qr rəndələnmiş holland pendiri
Duz, istiot

Hazırlanması:
Toyuğun sinə ətini yaxşıca yuyub, suda bişməyə qoyuruq. Soğanı və şampinyonu incə doğrayırıq. Kərə yağında öncə soğanı qızardırıq. Daha sonra şampinyonu da əlavə edib bişiririk. ət bişən kimi onu da xırda doğrayıb, göbələyə əlavə edirik. Duz, istiot səpirik.

Jülyeni hazırlamaq üçün qaymaq və un qarışımı və ya beşamel sousu istifadə etmək olar. Mən kalorisi az olsun deyə, sadəcə xama istifadə etdim. Jülyeni hazırlamaq üçün soba istiiyinə davamlı istədiyiniz formanı seçə bilərsiniz. Hətta qonaqlarınızın sayına görə də piti hazırlanan kiçik qablardan istifadə edə bilərsiniz. Əvvəl qaba jülyeni sonra xamanı əlavə edib, üzərinə holland pendiri səpirik. Sobada pendir əriyənədək bişiririk.

Nuş olsun!
Etiketlər: əlavə, istifadə, bişiririk, istiot, bilərsiniz, şampinyonu, holland, sonra, pendiri, Jülyeni, hazırlamaq, qaymaq, səpirik, istiiyinə, davamlı, kalorisi, istədiyiniz, sadəcə, etdim, olsun
BİZİ İZLƏYİN