Tərkibi:500 q toyuq filesi
250 q bulqur
200 q göbələk
1 baş soğan
2 diş sarımsaq
100 ml bəyaz şərab
200 q toyuq və ya tərəvəz bulyonu
1 x.q. un
100 ml 33%-li qaymaq
70 q pendir
2 x.q. bitki yağı
1 x.q. kərə yağı
250 ml su
duz
istiot
cəfəri
Hazırlanması:Toyuq filesini xırda tikələrə doğrayın. Duz, istiot və unla qarışdırın. Kərə və bitki yağlarının qarışığında, hər tərəfi ağarınca qovurun. Kasaya yığın.
Elə həmin yağda, orta itilikdə odda xırda doğranmış soğan və sarımsağı yumşalanadək qovurun.
Şərabı əlavə edin, ocağı artırın, 2 dəqiqə spirtinin buxarlanmasını gözləyin.
Göbələyi əlavə edin. Sonra isə bulyonu.
Toyuq filesini qazana qaytarın, qarışdırın.
Odadavamlı qaba yığın.
Üzərinə qaymaq tökün, yüngülcə qarışdırıb, ağzını qapaq və ya folqa ilə örtün, 170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Bu müddətdə bulquru hazırlayın. Tavada kərə yağının qalanını əridin, bulquru əlavə edib yaxşıca qarışdırın. Su tökün, qaynara düşəndən sonra 5-7 dəqiqə bişirin.
Sobadakı qabı çıxarın, bulquru ətlə göbələyə əlavə edin.
Qarışdırın. Üstünə sürtgəcdən keçirilmiş pendir əlavə edin.
Qabın qapağını örtmədən (yaxud folqasız) təkrar sobaya qoyun. 5-7 dəqiqə, pendir qızaranadək bişirin.
Cəfəri ilə bəzəyib süfrəyə verin.
Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, pendir, qarışdırın, bişirin, bulquru, bitki, istiot, filesini, xırda, Toyuq, qovurun, qaymaq, soğan, toyuq, yığın, tökün, bulyonu, sonra, yaxşıca