• Qazan kababı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 55 363

Tarix : 4-10-2014, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1,5 kq ət
1 ç.q. duz
1 acı istiot
2 ç.q. zirə
1 kq soğan
100-150 q quyruq
100 q keşniş-şüyüd
2-3 çimdik qara istiot

Hazırlanması:
Əti tikələrə doğrayın. Duz, istiot, zirə vurun.
Qazan kababı resepti - FOTO RESEPT


Soğanı təmizləyib halqa və yaxud yarımhalqa doğrayın. Göyərtini yuyub-doğrayın.

Quyruğu xırda doğrayın. Qızdırılmış qazanın dibinə düzün.
Qazan kababı resepti - FOTO RESEPT


Üstündən ət tikələrini döşəyin.
Qazan kababı resepti - FOTO RESEPT


Bir qat soğan döşəyib, üstünə göyərti səpin.
Qazan kababı resepti - FOTO RESEPT


Sonra yenə ət döşəyin və ərzaq bitincə layları təkrarlayın.
Qazan kababı resepti - FOTO RESEPT


Üstündən isə acı istiotu qoyun.
Qazan kababı resepti - FOTO RESEPT


Ətin üstünə qapaq, yaxud dəmir ləyəni kip qoyun. Əgər qapaq kifayət qədər ağır deyilsə və buxar onu qaldıra bilərsə, o zaman üstünə yük qoyun.

Qazan kababını vam odda bişirin. Ət yağa düşüb qızarmağa başlayanda xüsusi səs çıxarır. Çalışın, həmin məqamı ötürməyəsiniz: bu zaman qapağı götürüb qarışdırmaq lazımdır. Sonra yenə qapağını örtüb daha 5-10 dəqiqə bişirin.

Süfrəyə verərkən üstünə nar dənələyə bilərsiniz.
Qazan kababı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: doğrayın, üstünə, qoyun, istiot, zaman, Sonra, yaxud, bişirin, döşəyin, soğan, Üstündən, qapaq, kababını, düşüb, qızarmağa, bilərsə, deyilsə, qədər, buxar, qaldıra
BİZİ İZLƏYİN