• İtalyansayağı badımcan döşəməsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 059

Tarix : 5-10-2014, 10:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
3 badımcan
5-6 pomidor
1 baş soğan
8-10 ədəd yaşıl zeytun
40 q kapers
50 ml zeytun yağı (15 q badımcan üçün, 35 q soğanı qovurmaq üçün)
40 q parmezan pendiri
120-150 q motsarella pendiri
1 çimdik quru göyərti (ədviyyat)
duz - zövqə görə
4 diş sarımsaq
qara istiot
25-30 ml balzamik sirkə
1 x.q. şəkər tozu

Hazırlanması:
Badımcanları uzunasına doğrayın, 10-15 dəqiqə suda saxlayın, çıxarıb qurulayın. Siniyə düzün. Üstünə yağ gəzdirib sobada, 180 dərəcədə 30 dəqiqə bişirin.
İtalyansayağı badımcan döşəməsi resepti - FOTO RESEPT


Qalan yağda xırda doğranmış soğanı, zeytunu, kapersləri qovurun, 5 dəqiqə sonra ədviyyat, quru göyərti, balzamik sirkə, şəkər tozu əlavə edin (yaxşı olar ki, bunları dadına baxa-baxa əlavə edəsiniz). Bir qədər sonra götürün.
İtalyansayağı badımcan döşəməsi resepti - FOTO RESEPT


Pomidorları halqa doğrayın.
İtalyansayağı badımcan döşəməsi resepti - FOTO RESEPT


Motsarellanı halqa doğrayın.
İtalyansayağı badımcan döşəməsi resepti - FOTO RESEPT


Badımcanın üstünə pomidorları, soğanla tərəvəzləri, motsarellanı düzün. Üstünə parmezan səpin. Sobada 10-12 dəqiqə bişirin.
İtalyansayağı badımcan döşəməsi resepti - FOTO RESEPT

İtalyansayağı badımcan döşəməsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, doğrayın, şəkər, balzamik, ədviyyat, sirkə, düzün, halqa, əlavə, sonra, bişirin, göyərti, Üstünə, pendiri, soğanı, zeytun, badımcan, parmezan, edəsiniz, qədər
BİZİ İZLƏYİN