Tərkibi:1-1,5 kq soğan (yumurtadan bir az kiçik ölçüdə)
0,5 kq quzu qiyməsi (mal əti də götürə bilərsiniz, amma o zaman bir qədər quyruq vurun)
4-5 ədəd qırmızı bibər
4-5 ədəd acı istiot
3 x.q. narşərab
2 st. su
1 dolu ç.q. bibər pastası
qara istiot
pul bibər
duz
Hazırlanması:Sinini azca yağlayıb bir kənara qoyun.
Soğanların iki başını kəsin. Ən üstdəki qabıqlarını soyun, altdakı qalsın. Soğanları dikinə bölün.
Qiyməyə pul bibər, qara istiot, duz, bibər pastası vurub yoğurun. Balaca küftələr tutun.
Sininin içinə bir soğan + bir küftə olaraq yanaşı düzün. Ortada boşluq qalacaq.
Qırmızı bibər və acı istiotları doğrayıb həmin boş qalan yerə doldurun.
1 st. suyu sinidəkilərin üstünə gəzdirərək tökün. 200 dərəcə qızdırılmış sobada yarım saat bişirin. Çıxarıb ortadakı bibərlərin altını üstünə çevirin.
1 st. suya 3 x.q. narşərab tökün, sinidəkilərin üstünə gəzdirin. Sonra sinini yenidən sobaya qoyun.
Yarım saata bişib qızaracaq. (Narşərablı suyu əvvəlcədən tökməyin, yemək tez qızaracaq və bişməyəcək).
Süfrəyə verərkən yanında soğanın qabıqlarını qoymaq üçün bir balaca boşqab da qoyun. Qabıqlar asanlıqla çıxacaq.
Nuş olsun!
Etiketlər: bibər, qoyun, üstünə, istiot, soğan, qızaracaq, qabıqlarını, narşərab, pastası, sinidəkilərin, tökün, qalan, altını, gəzdirərək, gəzdirin, sinini, Sonra, bibərlərin, çevirin, Çıxarıb