Tərkibi:3 toyuq budu
3 soğan
2 diş sarımsaq
200 q xama
3 x.q. bitki yağı
0,5 ç.q. duz
1 x.q. duru göbələk sousu
1 ç.q. sarıkök
1 x.q. doğranmış göyərti
250 ml su
0,5 ç.q. qara, qırmızı acı istiot
Hazırlanması:Toyuq ətini iti ocaqda yağda qovurun, hər iki üzü qızarandan sonra ocağı azaldın, qapağını örtüb hazır olanadək bişirin.
Soğanı yarımhalqa doğrayın, günəbaxan yağında şəffaf olana və azacıq qızılı rəng alanadək qovurun, soyudun.
Soğandan blender vasitəsilə püre hazırlayın.
Duru göbələk sousu, qırmızı acı istiot, sarıkök, əzilmiş sarımsaq, göyərti, su əlavə edin.
Bu sousu toyuğun üstünə töküb vam odda 5-7 dəqiqə bişirin.
Süfrəyə istənilən qarnirlə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: sousu, qovurun, bişirin, sarıkök, göbələk, qırmızı, istiot, sarımsaq, göyərti, soyudun, vasitəsilə, blender, Soğandan, qızılı, şəffaf, olana, azacıq, hazırlayın, alanadək, üstünə