• Cız-bız resepti

Reseptin məlumatları Baxış sayı: 12 353

Tarix : 21-09-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qoyun içalatı (qaraciyər, ürək, ağciyər) - 1 ədəd
Piy - 100-200 q
Soğan - 2-3 ədəd
Şirin bibər (böyük) - 4-5 ədəd
Çili - 1-2 ədəd
Keşniş, şüyüd, reyhan - zövqə görə
Zirə - 1 ç.q.
Koriander - 1 ç.q.
Qara istiot - 1 ç.q.
Pomidor - 700 q
Sarımsaq - 2-3 diş

Hazırlanması:
Soğanı yarım üzük şəklində doğrayırıq. Pomidorları kub doğrayırıq. Bibəri iri kəsirik. Rəngli bibərlərdən istifadə etsək yeməyimiz daha əlvan olar.

Piyi 3-4 sm-lik dilimlərə bölürük. Qızdırılmış qazana bir dilim piy atırıq ki, yarısı ərisin. Həmin vaxt digər məhsullarla işə başlayırıq.

Bu yeməkdə ən önəmlisi - onların qazana (saca) düzülmə sırasıdır, çünki məhsullar fərqli müddətdə bişirlər.

Ocağı qısmadan qazana içalatı və hər 2-3 dəqiqə tərəvəzləri bu sıra ilə əlavə edirik: ürək, qaraciyər, ağciyər və tərəvəzlər. Ən son soğanı atırıq, qarışdırmadan qapağını örtürük və ocağı ən minimuma alırıq.

20-30 dəqiqə bişiririk. Bu vaxt ərzində sarımsaq və çilini xırda-xırda doğrayırıq. Keşniş, reyhan və cəfərini kəsirik. Yarım saat sonra qapağı açırıq, çili bibərini, doğranmış göyərtini, ədviyyələri, duz və istiotu əlavə edirik, qarışdırırıq, qapağı bağlayırıq və 5-6 dəqiqə daha buğlayırıq.

Nuş olsun!
Etiketlər: doğrayırıq, qazana, dəqiqə, xırda, qapağı, atırıq, əlavə, edirik, reyhan, kəsirik, qaraciyər, ağciyər, Keşniş, içalatı, buğlayırıq, tərəvəzlər, soğanı, bağlayırıq, qapağını, qarışdırmadan
BİZİ İZLƏYİN